C Company
  • 104

Company

Other

Baş mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühəndis

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Yüksək keyfiyyət standartlarına sadiq qalaraq, layihələrimizin hər mərhələsində peşəkar yanaşma tətbiq edirik.
Bu istiqamətdə komandamıza təcrübəli Baş Mühəndis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mövcud inşaat layihələrinin ümumi texniki rəhbərliyini həyata keçirmək 
  • Tikinti işlərinin təsdiq olunmuş layihə-smeta sənədlərinə, qüvvədə olan tikinti norma və qaydalarına (SNİP, DBN və s.) uyğun icrasını təmin etmək 
  • Tikinti sahəsində gündəlik nəzarəti həyata keçirmək, işlərin keyfiyyətinə və əməyin mühafizəsi / təhlükəsizlik standartlarına tam riayət olunmasına nəzarət etmək 
  • Layihələr üzrə iş qrafiklərini, icra planlarını hazırlamaq və onların vaxtında yerinə yetirilməsini təmin etmək 
  • Texniki heyətə rəhbərlik etmək, komandanın effektiv fəaliyyətini və peşəkar inkişafını təmin etmək 
  • Podratçı və subpodratçı təşkilatlarla işin koordinasiyasını aparmaq, material və resursların düzgün planlaşdırılmasını təmin etmək 
  • Layihələrlə bağlı texniki sənədləşmə işlərini idarə etmək 
  • Layihələrin büdcə, vaxt və keyfiyyət göstəricilərinə uyğun icrasına nəzarət etmək 

Tələblər:

  • Yaş aralığı: 40+ yaş 
  • Kişi namizədlər
  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 10 il iş təcrübəsi, o cümlədən baş mühəndis vəzifəsində fəaliyyət
  • Premium yaşayış və ya iri həcimli komplekslərin tikintisində praktik təcrübə
  • Tikinti sahəsində qüvvədə olan yerli qanunvericilik, SNİP, DBN  və digər normativ sənədlər üzrə mükəmməl biliklər
  • Layihə idarəetməsi və komandaların effektiv yönləndirilməsi bacarığı
  • AutoCAD, MS Project, Excel və digər müvafiq proqram təminatları ilə sərbəst işləmək bacarığı
  • Yüksək məsuliyyət hissi, analitik düşüncə və nəticəyönümlü yanaşma

İş rejimi: 6 günlük 

Əmək haqqı: Razılaşma əsasında 

Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily0
  • Weekly175
  • Monthly0