C Company
  • 776

Company

Digər

Baş Mühəndis (Yeni açılacaq Hotel)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühəndis (Yeni açılacaq Hotel)

  • Deadline 3 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakıətrafı rayon

İşin təsviri

Yeni açılacaq Hotelin infrastrukturunun və mühəndislik sistemlərinin (istehsalat, HVAC, elektrik, santexnika, təhlükəsizlik) podratçı tikinti şirkətindən tam prosedura uyğun təhvil alınmasını və sistemlərin, infrastrukturun davamlı işləməsini təmin etmək üçün Baş Mühəndis tələb olunur. Baş mühəndis açılış öncəsi bütün mühəndislik işlərini təhvil alacaq, təhvildən sonra daimi iş yeri olaraq vəzifəsini davam etməklə Hotelin yüksək keyfiyyətli xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin edəcək.

Vəzifə öhdəlikləri:

  • Hotelin mühəndislik və texniki xidmətlər sahəsindəki bütün işlərinin idarə edilməsi və koordinasiyası.
  • Hotelin açılışı öncəsi texniki hazırlıqların aparılması, infrastrukturların yoxlanması və optimallaşdırılması.
  • Bütün mühəndislik işlərinin planlanması, təqib edilməsi və tamamlanmasını tikintini aparan şirkətdən standartlara uyğun təhvil almaq. (Bütün baş texniki plan, təhlükəsizlik planları, tikinti və infrastruktur planları daxil olmaqla)
  • Ətraflı layihə planı hazırlamaq və layihənin müəyyən edilmiş büdcə və vaxt çərçivəsində tamamlanmasını təmin etmək.
  • Hotel açılışı öncəsi avadanlıq və sistemlərin sınaqlarını aparmaq və problemləri həll etmək.
  • İnşaat və təmir işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsindən əmin olmaq və tikinti aparan şirkətlə sıx kommunikasiya edərək tikintini standartlara uyğun təhvil almaq.
  • Təhlükəsizlik qaydalarına və müvafiq qanunvericiliyə riayət edilməsini nəzarətdə saxlamaq.
  • Hotelin fəaliyyətə başlamasından sonra texniki xidmətlər və təmir işləri üçün plan və strategiya hazırlamaq.
  • Açılış öncəsi və sonrası Texniki heyətin təlimini təşkil etmək, iş bölgüsünü həyata keçirmək və işin keyfiyyətini nəzarətdə saxlamaq.
  • Açılışdan sonra gündəlik iş prosesini nəzarətdə saxlamaq və müştəri məmnuniyyətini qorumaq üçün texniki  infrastrukturun sistemli və problemisiz çalışmasını təmin etmək.

Tələblər:

  • Mühəndislik sahəsində ali təhsil (Tikinti, İnşaat, Elektrik, Mexanika və s.).
  • Mühəndislik və inşaat sahəsində minimum 5 il iş təcrübəsi, Hotel və ya böyük komplekslərdə təcrübə üstünlükdür.
  • Komanda idarəetməsi və liderlik bacarıqları.
  • Texniki sənədlərin hazırlanması və layihə idarəçiliyi üzrə təcrübə.
  • Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Azərbaycan və ya ingilis (rus) dillərində sərbəst ünsiyyət bacarıqları.
  • Mühəndislik sahəsində müvafiq sertifikatlar və təlimlər.
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət etmək.

Əlavə üstünlüklər:

  • Hotel və ya turizm sektorunda təcrübə.
  • İnternational sertifikatlar (ISO, OHSAS və s.).
  • Təmir və inşaat sahəsində geniş bilik və təcrübə.

Əmək haqqı: Müsahibə əsasında

İş şəraiti: Tam iş günü, 5/7

Qeyd: Namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily10
  • Weekly537
  • Monthly1672