C Company
  • 828

Company

Other

Biznesin inkişafı üzrə kiçik mütəxəssis (remote)

  • Истекает 16 январь 2025

İşin təsviri:

Proqramların satışını B2B kanalları vasitəsilə həyata keçirmək, potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq, tələbləri öyrənərək uyğun təkliflər

hazırlamaq, satış prosesini əvvəldən sona qədər idarə etmək, müqavilələrin bağlanması və icra prosesinə nəzarət etmək.

Vəzifə Öhdəlikləri:

  • ştəri cəlbi və əlaqələrin qurulması: Yeni müştərilərin cəlb edilməsi, əməkdaşlıq prosesinin həyata keçirilməsi və potensial müştərilərin müəyyən edilməsi (soyuq zəng, onlayn əlaqələr və görüşlər);
  • Yeni xidmət və məhsulların inkişafı: Şirkətin maliyyə dövriyyəsini artırmaq məqsədilə yeni xidmətlərin və məhsulların yaradılmasında yaxından iştirak;
  • Müqavilə prosesləri: Müqavilə şərtlərinin müzakirəsi, təsdiqi və imzalanması ilə bağlı tam nəzarətin təmin edilməsi;
  • ştəri inteqrasiyası: Müştərilərlə əməkdaşlıq prosesini nəzarətdə saxlayaraq inteqrasiya və icranın tam təmin edilməsi;
  • Fəal iştirak: Biznes inkişafı çərçivəsində qarşıya çıxan digər məsələlərdə aktiv iştirak;
  • Hesabatlıq: Görülən işlər haqqında həftəlik və aylıq hesabatların rəhbərə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (Biznes idarəetmə, iqtisadiyyat, marketinq və s.);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri;
  • Bazar araşdırılmasının aparılması təcrübəsi;
  • Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli;
  • Enerjili, aktiv, daim öz üzərində çalışan;
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; digər dillər üstünlükdür;
  • Təqdimat bacarığı, yüksək ünsiyyət bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Təklif edirik:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • İş şəraiti: Remote (uzaqdan);
  • İş qrafiki: tam iş həftəsi (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə/ Bazar.

Uyğun namizədlər aşağıda qeyd edilmiş linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily9
  • Weekly536
  • Monthly1671