Ünvan - Bakı, Azərbaycan
Bolt-un Canlı Dəstək Agentləri olaraq, canlı gedişlər zamanı həm sürücülər, həm də sərnişinlər üçün ön xətt dəstək rolu oynayırsınız. Burada əsas vəzifəniz – həssas məsələlərin (təhlükəsizlik, təcili hallar, daxili eskalasiyalar və s.) real vaxt rejimində izlənməsi və zərurət yarandıqda dərhal müdaxilə edərək xidmət səviyyəsini və istifadəçi etibarını qorumaqdır.
Səni nələr gözləyir?
Əsas öhdəliklər:
- Gedişlərin canlı izlənməsi
- Xüsusi vəziyyətlərdə sürücülərlə birbaşa əlaqə
- Sərnişinlərlə davamlı dəstək
- Təcili hallarda aidiyyəti orqanlarla əlaqə və birbaşa tədbir görmək
- Gecə növbələri, həftə sonları və bayram günləri daxil olmaqla 6 günlük növbəli iş qrafikində çalışmaq
Səndən nə gözləyirik?
- Azərbaycan dilini səlis bilirsən, İngilis dilində intermediate səviyyədə danışırsan. Rus dili biliklərin əlavə üstünlük sayılacaq.
- Digər insanlarla rahat ünsiyyət qurmağı və sağlam əməkdaşlıq münasibətləri yaratmağı bacarırsan
- Kompüter proqramlarında sərbəst və səlis işləyirsən (xüsusilə daxili sistemlərdə sürətli adaptasiya)
- Çətin situasiyalarda (məs. təcili hallar, gecikmə riskləri və s.) soyuqqanlı, diqqətli və həll yönümlü qalmağı bacarırsan
- Eskalasiya vaxtını və formasını düzgün qiymətləndirirsən – müstəqil qərar və strukturlaşdırılmış proseslər arasında balans qurmağı bacarırsan
- Diqqətcilsən, sənədləşmə və hesabatlarda dəqiqliyə önəm verirsən
- Komandada fəal iştirak edir, həmkarlarına dəstək verir, faydalı məlumatları paylaşır və növbənin sabitliyinə töhfə verirsən
- (Üstünlükdür) Müştəri dəstəyi, təhlükəsizlik, risk əməliyyatları və ya canlı nəzarət sahəsində təcrübən varsa, bu müsbət haldır
Qeyd: Təcrübə mükəmməl olsa da, bizim üçün ən vacibi motivasiya, düzgün düşüncə və dürüstlükdür. Bütün tələblərə tam uyğun olmasan belə, əgər özünü bu rolda görürsənsə – mütləq müraciət et!
Maraqlanan şəxslərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.