C Company

Company

Прочее

Daxili nəzarət və audit üzrə Baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Daxili nəzarət və audit üzrə Baş mütəxəssis

  • Истекает 1 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təsdiq edilmiş illik audit planı üzrə Daxili nəzarət və audit fəaliyyətinin icrasını təmin etmək;
  • Daxili nəzarət və auditlə bağlı görülən işlərin hesabatını rəhbərliyinə təqdim etmək;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
  • Daxili nəzarət və auditin müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə rəhbərliyi məlumatlandırmaq;
  • Daxili nəzarət və audit xidmətinin işinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə rəhbərliyinə müraciət etmək;
  • Daxili nəzarət və audit metodologiyasına əsasən təsərrüfat subyektlərində daxili audit prosedurlarını müəyyən etmək;
  • Zəruri hallarda Cəmiyyətin rəhbərliyinin razılığı ilə Cəmiyyətin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək;
  • Daxili audit xidmətinin fəaliyyəti ilə bağlı illik hesabatı Cəmiyyətin rəhbərliyinə təqdim etmək;
  • Cəmiyyətin regional idarələri və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • Cəmiyyətin regional idarələrinin əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə Cəmiyyətin regional idarələrindən daxil olmuş təqdimatlar və müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlər görmək;
  • Səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək, onları təkmilləşdirmək, daxili nəzarət  proqramlarını tərtib etmək, Cəmiyyətin regional idarələrində aparılacaq daxili audit və monitorinq planlarının hazırlanmasına kömək etmək;
  • Zərurət yarandığı hallarda Cəmiyyətin regional idarələri  tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək;
  • Növbəti ilin iş və tədbirlər planını ilin sonuncu rübündən gec olmamaqla hazırlamaq, həmin plana uyğun regional idarələrdə işlərin aparılmasını icra etmək;
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını icra etmək, Cəmiyyətin aidiyyəti strukturları  ilə razılaşdırılmaqla müraciətlərin rəhbərlik tərəfindən cavablandırılmasını təmin etmək;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin regional idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə  rəhbərliyə təkliflər vermək;
  • Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Cəmiyyətin regional idarələrində daxili nəzarət tədbirlərində iştirak etmək və nəticələri barədə təkliflər vermək;
  • Daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək,  rəhbərliyə müvafiq təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə Cəmiyyətin inkişaf   konsepsiyasının (strateji planının) həyata keçirilməsi işində iştirak  etmək;
  • Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Cəmiyyətin fəaliyyətinə köməklik edən şəxslərlə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
  • Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasında iştirak etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
  • Rəhbərlik üçün mütəmadi analitik hesabatların (financial executive dashboard), maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması;
  • Rəhbərliyin maliyyə hesabatlılığı və büdcələmə ilə bağlı digər tapşırıqlarını həll etmək.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İstehsalat, aqrar, sənaye sahələrində təcrübə;
  • Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;
  • Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinin analitikası;
  • Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;
  • Excel və analitik alətlərlə işləmə bacarığı;
  • ACCA Financial Accounting FA/F3
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.

Namizəddən gözlənilir:

  • Yüksək analitik düşüncə və detal yönümlülük
  • Təqdimat bacarığı

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 1000 Azn (Gross)

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Daxili nəzarət və audit üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily0
  • Weekly545
  • Monthly112