Dayə

  • Истекает 26 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ailəmizə üç uşaq üçün mehriban, məsuliyyətli və təcrübəli Dayə axtarılır.

İş yeri: Bakı, Qara Qarayev metrosu

Tələblər

  • Yaş həddi: 45–55 yaş.
  • Rus dilində sərbəst danışmalıdır.
  • Mütləq qadın, içki və siqaret istifadə etməyən olmalıdır.
  • Uşaqlarla iş təcrübəsi olmalıdır.
  • Mehriban, səbirli, təmizkar və məsuliyyətli olmalıdır.
  • Uşaqların qidalanma və yuxu rejiminə riayət etməlidir.

Uşaqlarımız

  • Rauf — 6 yaş.
  • Aişə — 5 yaş.
  • Süleyman — 2 yaş.

Vəzifə öhdəlikləri

  • Saat 10:00-da uşaqlara səhər yeməyi hazırlamaq və yedizdirmək.
  • Uşaqları hər gün və ya günaşırı gəzintiyə çıxarmaq.
  • Saat 13:00–14:00 arası uşaqları gündüz yuxusuna yatırmaq.
  • Uşaqlar yatarkən dayə də dincələ və yata bilər.
  • Yuxudan sonra yemək hazırlamaq və uşaqları yedizdirmək.
  • Böyük uşaqlara dərslərində kömək etmək.
  • Uşaqlarla oynamaq və onların inkişafı ilə məşğul olmaq.
  • Qidalanma və yuxu rejiminə nəzarət etmək.
  • Saat 21:00-da uşaqlar yatmış olmalıdır.

İş şəraiti

  • Yaşayış yeri ilə iş.
  • Dayə üçün ayrıca yataq otağı təqdim olunur.
  • Maaş: ayda 1000 manat.
  • Maaş hər 15 gündən bir ödənilir.

Rusdilli, içki və siqaret istifadə etməyən, uşaqları sevən və işinə məsuliyyətlə yanaşan xanım axtarırıq.

Ətraflı məlumat üçün şəxsi mesajla əlaqə saxlaya bilərsiniz - [email protected]

  • Daily81
  • Weekly364
  • Monthly1836