C Company
  • 356

Company

Other

Dizayner-Konstruktor

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Dizayner-Konstruktor

  • Истекает 4 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz, yaradıcı və innovativ dizayn həlləri ilə müştərilərimizin ehtiyaclarına cavab verən və sənayenin ən yüksək standartlarına uyğun layihələr həyata keçirən bir komandayıq. İndi isə peşəkar Dizayner-Konstruktor axtarırıq.

İşin təsviri:

  • Tələblərə uyğun estetik və funksional mebel dizaynları hazırlamaq. Yenilikçi və kreativ yanaşmalarla dizaynları inkişaf etdirmək.
  • İdeyaların müştərilərə təqdimatı üçün eskizlər və 3D modelləri yaratmaq.
  • Seçilmiş dizaynların dəqiq ölçü və material seçimlərinə əsaslanaraq, istehsal üçün texniki çertyojlar və planlar hazırlamaq.
  • Mebel istehsalında istifadə ediləcək müxtəlif materialları (odun, metal, şüşə, tekstil və digər materiallar) seçmək və uyğunlaşdırmaq.
  • Komanda ilə sıx əməkdaşlıq edərək layihələrin zamanında və büdcəyə uyğun tamamlanmasını təmin etmək.
  • Hazırlanmış dizaynın istehsal prosesini izləmək, keyfiyyətə nəzarət etmək və lazım gəldikdə dəyişikliklər etmək.
  • Mövcud trendləri və bazar tələblərini araşdırmaq, dizayn prosesində müasir tendensiyalardan istifadə edərək yeniliklər tətbiq etmək.

Tələblər:

  • Mebel dizaynı və ya əlaqəli sahədə ali təhsil.
  • Mebel sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Ofis praqramları ilə işləmə bacarığı
  • Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı
  • AutoCAD, ArtCAM , PowerMILL, Corel DRAW, 3D Max, Adobe Photoshop və ya digər dizayn proqramlarında təcrübə.
  • Kreativ düşüncə və problem həll etmə bacarığı.
  • Yüksək vizual və texniki təfərrüatları nəzərə alma bacarığı.
  • Kollektivlə işləmə bacarığı 

Əlavə Məlumatlar:

  • İş yeri: Masazır qəsəbəsi. Qurtuluş Yaşayış Kompleksinin yaxınlığı
  • İş qrafiki: 6 günlük iş (Bazar günü istirahət)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
  • Nahar və servis şirkət tərəfindən təmin olunur

Əgər siz də kreativ və dizayn sahəsində təcrübəli bir mütəxəssissinizsə, müraciət etmək üçün mövzu yerinə “Dizayner-Konstruktor” yazaraq CV-nizi və portfolionuzu elektron poçt ünvanına göndərin.

  • Daily0
  • Weekly168
  • Monthly783