Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının excel üzərindən hesablanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, son haqq-hesab və digər ödənişlərin hesablanması;
- Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Mükafatlar və bonusların düzgün hesablanması və yoxlanılması;
- Ezamiyyə haqlarının hesablanması və yoxlanması;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamənin hazırlanması və təqdim olunması;
- Aylıq və illik statistik hesabatların təqdim edilməsi;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həlli;
- Konfidensial sənədlərlə işləmə, mükafat və müvafiq digər əmrlərin hazırlanması;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Dövlət qurumları tərəfindən tələb olunan müvafiq sənədlərin hazırlanması, təqdim olunması və sualların cavablandırılması;
- Proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak edilməsi;
- Rəhbərliyin verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi və müvafiq hesabatların təqdim edilməsi.
Tələblər:
- Mühasibatlıq, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas, stat.gov.az, e-taxes və s.);
- MS Office proqramında işləmək bacarığı (Excel bilikləri yaxşı səviyyədə);
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
- Deadline-larla işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Analitik düşüncə və roblemləri həll etmə bacarığı ;
- Məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü, şənbə və bazar istirahət;
- İş yeri –Bakı şəhəri;
- Əmək haqqı 1500-2000 AZN (namizədin bilik və bacarığına əsasən təyin ediləcək.)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmək haqqı üzrə baş mütəxəssis yazaraq elektron poçt ünvanına göndərmələri xahiş ol