C Company
  • 269

Company

Other

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis (Qarabağ)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis (Qarabağ)

  • Deadline 11 March 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı : Qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.

İş yeri: Qubadlı rayonu, Qarabağ zonası 

Vəzifə öhdəlikləri :

  • İşə yeni qəbul olunan işçilərə giriş təlimatı keçir, ilkin, təkrar, növbədənkənar, cari təlimatlarının keçirilməsini nəzarətdə saxlayır, vaxtaşırı icra olunmasına və müvafiq jurnalların yazılmasını həyata keçirir;
  • İşçilərin ƏM və TT  biliyinin yoxlanmasının aparılmasını  təşkil edir, müvafiq jurnalların yazılmasını icra edir;
  • Podrat işi görən işçilərə, ziyarətçilərə birdəfəlik təlimat keçir və qeydiyyat aparır;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparır, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün işçilərə, şöbə və bölmə rəhbərlərinə göstərişlər verir;
  • İşçilərə təxliyyə planı və fövqəladə hal zamanı cavab hərəkətləri, evakuasiya siyasət və prosedurları haqqında təlimat keçir;
  • Təhlükəli ərazilər və ümümi təhlükəli vəziyyətlə əlaqədar lazımi yerlərə təhlükəsizlik lövhələrinin qoyulmasını həyata keçirir;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin uçotunu aparır və araşdırma prosesində iştirak edir;
  • Yanğından qorunma və yanğının qarşısının alınması üçün işçi heyətini maarifləndirir;
  • Müvafiq şöbələrin nümayəndələrilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların, havalandırma sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu mütəmadi yoxlayır;
  • İş prosesindən sonra işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət edir;
  • Havanın dövriyyəsinin, işıqlandırma sisteminin və işçilərin sağlamlığına, rahatlığına və iş nəticələrinə təsir edə biləcək digər şəraitlərin tələb edilən səviyyədə olub olmamasına nəzarət edir;
  • İş sahələrində ƏM və TT  üzrə auditlərin aparılması və təkmilləşdirici tövsiyyələrin verilməsində iştirak edir;
  • ƏM və TT  üzrə mütəmadi daxili təlimlər keçir;
  • Xəsarət alma hallarının qeydiyyatı aparır, səbəbləri araşdırır və təkrarlanmaması üçün önləyici təkliflər verir;
  • İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini müəyyən edir və lazım gəldikdə işin dayarndırılması üçün göstəriş verir; 
  • Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirlər tövsiyə edir;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim almalarını təşkil edir, biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak edir; 
  • ƏM və TT  üzrə iş yerlərinin və işçilərin attestasiyasının keçirilməsində iştirak edir;
  • Qanunvericiliyə, beynəlxalq standartlara və digər qanunvericilik aktlarına uyğun olaraq ƏM və TT  sənədlərini hazırlamaq, paylamaq, tətbiqi vacib olan prosedur və göstərişləri nəzarətdə saxlamaq və onlara lazımi dəyişikliklər etmək kimi proseslərdə iştirak edir; 
  • İşçilərin vaxtaşırı tibbi müayinədən keçmələrini nəzarətdə saxlayır və təşkil edir;
  • Risklərin qiymətləndirilməsi prosesində iştirak edir;
  • Yanğından mühafizə vasitələrinin qeydiyyatını aparır, yerində olmasına nəzarət edir, vaxtı keçmiş və yararsız vasitələrinin yenisi ilə əvəz olunması işlərini həyata keçirir və bütün yanğın vasitələrinin daim işlək vəziyyətdə olmasını təşkil edir;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim edir;

Namizədə olan tələblər 

  • Ali texniki təhsil.
  • Vəzifəsi üzrə FHN-dən müvafiq sertifikatın olması
  • Minimal 2-3 il iş təcrübəsi;

İş şəraiti 

  • 6 günlük iş rejimi
  • Yaşayış yeri ilə təmin olunma
  • Naharla təminat;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçt ünvanına  (“ƏM və TT üzrə mühəndis” başlığı ilə) göndərməyini xahiş edirik.

  • Daily135
  • Weekly292
  • Monthly906