Vəzifə öhdəlikləri:
- Korporativ tədbirlər, konfranslar, festivallar və xüsusi layihələrin planlaşdırılması və icrası;
- Tədbirin tam təşkilat prosesi: məkan seçimi, loqistika, proqram quruluşu, xidmət təminatçıları ilə əlaqə;
- Tədbir zamanı yerində nəzarət və koordinasiya;
- Partnyorlar, sponsorlar və təchizatçılarla əlaqələrin qurulması və idarə olunması;
- Tədbir sonrası hesabat və qiymətləndirmə hazırlığı;
- Komanda ilə effektiv əməkdaşlıq və düzgün tapşırıq bölgüsü;
- Müştərilərə peşəkar məsləhətlərin verilməsi və seçim prosesində dəstək;
- Müştəri məmnuniyyətinin davamlı şəkildə təmin edilməsi;
- Həm daxili və həm də xarici müştərilərə vaxtında və nəzakətli xidmətin göstərilməsi;
- Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq;
- Həm ölkədaxili, həm də ölkəxarici ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə, müşavirələrə və reklam tədbirlərinə qatılmaq;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan, Rus və İngilis dillərini bilmək; (şərtdir)
- Microsoft office proqramlarını yaxşı səviyyədə bilmək;
- Xarici ölkələrə səfər edə bilmək;
- Xarici ölkələrdə tədbirlərin təşkili ilə bağlı təcrübəsinin olması;
- Müxtəlif formatlarda (əyləncəli, rəsmi, biznes yönümlü) tədbir keçirmə təcrübəsi;
- Yaradıcılıq və innovativ düşüncə tərzi;
- Yüksək səviyyədə təqdimat və danışıq bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqları aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş qrafiki:
- İş yeri: Bakı şəhəri
- İş günü: həftədə 5 gün
- İş saatları: 09:00 -18:00
- Əmək haqqı: 1000 AZN
- Müntəzəm xarici ezamiyyətlər
- Peşəkar inkişaf, karyera yüksəlişi imkanı
- Dinamik və dəstəkçi iş mühiti
Maraqlanan və tələb olunan kriteriyalara cavab verən namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd etməklə) təqdim etməlidirlər.