C Company
  • 272

Company

Other

Hesabatlılıq üzrə mütəxəssis / böyük mütəxəssis

Hesabatlılıq üzrə mütəxəssis / böyük mütəxəssis

  • Deadline 4 December 2025

Bakı şəhərində yerləşən və kapital bazarlarında fəaliyyət göstərən şirkət Hesabatlılıq üzrə mütəxəssis / böyük mütəxəssis vəzifəsi üzrə namizəd axtarır.
Namizədin peşəkar təcrübəsi və bilik səviyyəsi nəzərə alınaraq, vəzifə dərəcəsi mütəxəssis və ya böyük mütəxəssis kimi müəyyən ediləcək.

Əsas vəzifə öhdəlikləri:

  • Depozitlərin qeydiyyatını aparmaq və hesablamalarını həyata keçirmək;
  • IFRS 9 standartına uyğun olaraq maliyyə alətlərini tanımaq və uçota almaq;
  • Kredit və borc öhdəliklərinin uçotunu aparmaq (loan accounting);
  • EBITDA hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
  • Maliyyə hesabatlarını tərtib etmək: balans, mənfəət və zərər (P&L), eləcə də pul axını (cash flow) hesabatları;
  • ERP FA modulunda müvafiq əməliyyatları icra etmək.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr və/və ya magistr dərəcəsi;
  • IFRS/IAS beynəlxalq maliyyə standartları üzrə biliklər;
  • Kredit və borc əməliyyatlarının uçotu üzrə bilik və təcrübə;
  • Büdcə planlaşdırılması və maliyyə analizi sahəsində təcrübə;
  • Maliyyə hesabatlarının (Balance Sheet, P&L, Cash Flow) hazırlanması bacarığı.
  • Microsoft Excel proqramında yüksək səviyyədə biliklər.
  • Peşəyə uyğun səviyyədə yazılı və şifahi ingilis dili biliyi.

Üstünlük sayılacaq:

  • IFRS və ya digər beynəlxalq maliyyə sertifikatlarına (məsələn, ACCA, DipIFR) sahib olmaq.

Biz nə təklif edirik?

  • Rəqabətqabiliyyətli əməkhaqqı və performansa əsaslanan bonuslar;
  • Peşəkar inkişaf imkanları;
  • Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti;
  • Könüllü tibbi sığorta;
  • Nahar təminatı.

Müraciət qaydası

  • Maraqlanan namizədlər Müraciət et düyməsinə klikləyərək müraciətlərini göndərə və CV-lərini yükləyə bilərlər. Bütün müraciətlər ədalətli şəkildə nəzərdən keçiriləcək və bütün namizədlərə bərabər imkanlar təqdim olunacaq. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digərlərinin müraciətləri isə şirkətin istedad bazasına əlavə ediləcək.
  • Daily141
  • Weekly368
  • Monthly389