Əmək haqqı: Qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.
İş yeri: Qubadlı rayonu, Qarabağ zonası
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
Namizədə olan tələblər:
- Ali inşaat təhsili
- İnşaat sahəsində minimal 2-3 il iş təcrübəsi;
İş şəraiti:
- 6 günlük iş rejimi
- Yaşayış yeri ilə təmin olunma
- Naharla təminat;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçt ünvanına (“Hesablama(Smeta) mühəndisi” başlığı ilə) göndərməyini xahiş edirik.