HR Mütəxəssis

  • Deadline 13 Mart 2026

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Əməkhaqqı 1000-1200 AZN

Vəzifə öhdəlikləri:

  • Şirkət üçün kadrların seçimi və işə qəbul prosesinin tam təşkili
  • Vakansiyaların hazırlanması, yerləşdirilməsi və namizədlərlə müsahibələrin aparılması
  • İşçilərin rəsmi qeydiyyata alınması, əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi
  • Əmək müqavilələrinin ƏMAS sistemi vasitəsilə qeydiyyatı və idarə olunması
  • İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması və saxlanılması
  • Kadr sənədlərinin hazırlanması, uçotu və arxivləşdirilməsi
  • Tabel uçotunun aparılması, iş vaxtının qeydiyyatı
  • Əmək haqqı hesablamaları üçün lazımi məlumatların hazırlanması
  • Əmək qanunvericiliyinə uyğun olaraq bütün kadr proseslərinin icrası
  • Şirkət daxili qaydaların və prosedurların hazırlanması
  • Şirkətin Təşkilati-struktur sxeminin təkmilləşdirilməsi
  • HR mütəxəssisi şirkətin bütün vəzifələri və onlara qoyulan tələbləri hazırlamalı və bu əsasda uyğun namizədləri seçməlidir.
  • Şirkətin strukturlarında KPİ sisteminin tətbiq edilməsi

Namizədə tələblər:

  • HR / Kadrlar üzrə minimum 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək
  • ƏMAS sistemi ilə praktiki işləmək bacarığı
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək
  • 1C,  E-gov və digər aidiyyəti HR proqramları ilə işləmə bacarığı
  • Kadr sənədlərinin düzgün və səliqəli hazırlanması bacarığı
  • Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik
  • Ünsiyyət və danışıqlar aparma bacarığı
  • Məxfi məlumatlarla işləmə mədəniyyəti
  • Stressə davamlılıq və operativlik

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily1
  • Weekly609
  • Monthly1296