İş yeri: Bakı
Məşğulluq növü: Yarım ştat (Part-time)
Vəzifə öhdəlikləri
- Restoranlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- HSE yoxlamaları və təhlükəsizlik auditləri aparmaq;
- Risk qiymətləndirmələri hazırlamaq və nəzarət tədbirlərinin icrasını təmin etmək;
- Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq proseslərini təşkil etmək;
- Yeni əməkdaşlar üçün giriş HSE təlimləri, dövri təlimatlar və təhlükəsizlik brifinqləri keçirmək;
- İnsident, qəza halları üzrə araşdırma aparmaq, hesabatlar hazırlamaq və düzəldici tədbirlər həyata keçirmək;
- Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
- HSE sənədlərini, qeydiyyat jurnallarını və hesabatları hazırlamaq və yeniləmək;
- Dövlət qanunvericiliyinin və şirkətin HSE siyasətinin tələblərinə uyğunluğu təmin etmək;
- Filial rəhbərlərinə HSE məsələləri üzrə metodiki dəstək göstərmək.
Tələblər
- Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi və ya əlaqəli sahə);
- HSE/SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericiliyini bilmək;
- Risk qiymətləndirilməsi, insident araşdırılması və audit prosesləri üzrə biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və hesabat hazırlamaq bacarığı;
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür;
İş qrafiki
- Həftədə 10-20 saat;
- İş günləri və saatları qarşılıqlı razılaşma əsasında müəyyən edilir;
- Filiallara planlı səfərlər nəzərdə tutulur.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “HSE (SƏTƏM) Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.