Hüquq Departamentinin Rəhbəri

  • Истекает 26 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00

Vəzifənin məqsədi

  • Şirkətin hüquqi fəaliyyətinin strateji idarə olunması, biznes proseslərinin hüquqi baxımdan müşayiət edilməsi, hüquqi risklərin minimuma endirilməsi və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi.

Əsas vəzifə və öhdəliklər

  • Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək, hüquqi strategiyanı hazırlamaq və şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
  • Şirkətin və əlaqəli hüquqi şəxslərin fəaliyyətinə kompleks hüquqi dəstək göstərmək, korporativ idarəetmə proseslərini müşayiət etmək;
  • Pərakəndə satış fəaliyyəti ilə bağlı hüquqi məsələləri, o cümlədən mağazaların icarəsi, təchizat, distribusiya, satınalma, xidmət və digər kommersiya müqavilələrini idarə etmək;
  • Müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını, danışıqların aparılmasını və şirkətin maraqlarının müqavilələrdə qorunmasını təmin etmək;
  • Şirkətin maraqlarını məhkəmələrdə, arbitraj proseslərində və dövlət orqanları qarşısında təmsil etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğa nəzarət etmək, hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
  • Əmək, vergi, istehlakçı hüquqları, rəqabət, reklam, kommersiya və digər hüquq sahələri üzrə rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhətlər vermək;
  • Daxili normativ sənədlərin, siyasətlərin, prosedurların və korporativ sənədlərin hazırlanmasını və hüquqi ekspertizasını təşkil etmək;
  • Biznes qərarlarının hüquqi nəticələrini qiymətləndirmək, rəhbərliyə əsaslandırılmış hüquqi rəylər və tövsiyələr təqdim etmək;
  • Xarici hüquq məsləhətçiləri və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
  • Hüquq departamentinin komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və işin keyfiyyətli, vaxtında icrasını təmin etmək.

Namizədə dair tələblər

  • Hüquq üzrə ali təhsil; magistr dərəcəsinin olması üstünlükdür;
  • Hüquq sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 3–5 il rəhbər vəzifədə idarəetmə təcrübəsi;
  • Pərakəndə satış (retail) sektorunda iş təcrübəsi arzuolunandır və namizədin seçimində mühüm üstünlük hesab olunur;
  • Korporativ, kommersiya və müqavilə hüququ üzrə dərin bilik və praktiki təcrübə;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktları üzrə yüksək səviyyədə bilik;
  • Məhkəmə və arbitraj proseslərinin idarə edilməsi və şirkət maraqlarının təmsil olunması üzrə təcrübə;
  • Bir neçə hüquqi şəxsi əhatə edən korporativ strukturda və ya iri şirkətdə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
  • Xaricdə hüquq təhsili və ya beynəlxalq akademik/professional təcrübə üstünlükdür;
  • Analitik düşüncə, strateji yanaşma, güclü danışıqlar və qərarvermə bacarıqları;
  • Komandanı idarə etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə hüquqi prosesi paralel şəkildə koordinasiya etmək bacarığı;
  • Yüksək məsuliyyət, dürüstlük, peşəkar etika və məxfi məlumatlarla işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Böyük və dinamik pərakəndə satış şirkətində rəhbər vəzifədə çalışmaq imkanı;
  • Strateji qərarların qəbulunda və biznesin inkişafında birbaşa iştirak;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Müasir ofis şəraiti və əməkdaşlığa əsaslanan iş mühiti;
  • Müxtəlif miqyaslı kommersiya və hüquqi layihələrdə iştirak imkanı.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily135
  • Weekly250
  • Monthly2225