Şirkətlər qrupunun hüquqi fəaliyyətinin tam və effektiv hüquqi təminatını həyata keçirəcək, hüquqi risklərin idarə olunmasını təmin edəcək və rəhbərliyə peşəkar hüquqi dəstək göstərəcək Hüquq şöbəsinin müdiri axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00
- İstirahət günləri: Şənbə və bazar
- Nahar şirkət tərəfindən təmin edilir
- Tibbi sığorta
- Korporativ mobil nömrə
Əsas vəzifə öhdəlikləri
- Şirkətlər qrupunun hüquqi fəaliyyətini müstəqil şəkildə təşkil etmək və həyata keçirmək, hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların idarə olunmasını təmin etmək;
- Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını, razılaşdırılmasını, zərurət yarandıqda dəyişikliklərin edilməsini və müqavilə şərtləri üzrə danışıqların aparılmasını təmin etmək;
- Biznes tərəfdaşları tərəfindən təqdim olunan müqavilələri hüquqi baxımdan təhlil etmək, hüquqi riskləri qiymətləndirmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək;
- Rəhbərliyə və struktur bölmələrinə korporativ, kommersiya, müqavilə, əmək və digər hüquqi məsələlər üzrə hüquqi dəstək və məsləhətlər vermək;
- Hüquqi şəxslərin yaradılması, yenidən təşkili, dövlət qeydiyyatı, təsis sənədlərinə dəyişikliklərin edilməsi, iştirak paylarının əldə edilməsi və ləğvi proseslərinin hüquqi müşayiətini həyata keçirmək;
- Lisenziyaların, icazələrin və digər hüquqi xarakterli sənədlərin alınması və qüvvədə saxlanılması prosesinə hüquqi dəstək göstərmək;
- Şirkətin daxili qayda, siyasət və prosedurlarının hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Şirkətin maraqlarını dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil etmək, hüquqi danışıqlar aparmaq və zərurət yarandıqda mübahisələrin həllində iştirak etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və rəhbərliyə hüquqi tövsiyələr vermək;
- Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Hüquq üzrə ali təhsil (Magistr dərəcəsi üstünlük hesab olunur);
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Korporativ hüquq sahəsində minimum 7 il iş təcrübəsi;
- Logistika sahəsində fəaliyyət göstərən və ya müxtəlif biznes istiqamətlərini əhatə edən şirkətlər qrupunda hüquqi iş təcrübəsi üstünlük hesab olunur;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (mütləq), ingilis dili biliyi üstünlük hesab olunur;
- Analitik düşünmə, hüquqi yazışma, danışıqlar aparmaq və hüquqi məsələləri müstəqil şəkildə idarə etmək bacarığı;
- Detallara yüksək diqqət və dəqiqlik;
- Məxfiliyə riayət edən, nəticəyönümlü və yüksək peşə etikası prinsiplərinə sahib olmaq;
- Dəyişən biznes mühitinə və iş tələblərinə çevik uyğunlaşmaq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.