C Company
  • 362

Company

Other

Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas

  • Истекает 28 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi hüquq və korporativ hüquq sahələrində ixtisaslaşmaq, real hüquqi proseslərdə iştirak etmək və peşəkar inkişafınızı sürətləndirmək istəyirsinizsə – bu elan sizin üçündür!

Peşəkar komanda ilə işləmək, müxtəlif hüquqi sənədlərlə yanaşı araşdırma xarakterli hüquqi məqalələr yazmaq bacarığınızı da inkişaf etdirmək fürsətini qaçırmayın!

İxtisaslaşma sahələri: 

  • Tibbi hüquq
  • Korporativ hüquq
  • Müqavilə hüququ
  • Hüquqi analitika və yazılı materiallar

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin dövlət orqanları və digər qurumlarda təmsil olunması üçün etibarnamələrin hazırlanması;
  • Müxtəlif hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizasının aparılması;
  • Gələn müraciət və məktubların qanunvericiliyə uyğun şəkildə cavablandırılması;
  • Hüquqi yazışmaların və sənədlərin düzgün rəsmiləşdirilməsi;
  • Məhkəmə qərarlarının icrası ilə bağlı sənədlərin hazırlanmasında iştirak;
  • Araşdırma yönümlü hüquqi məqalələrin yazılması və hüquqi kontentin hazırlanması;
  • Hüquq şöbəsi rəhbərinin tapşırıqlarının vaxtında və səmərəli icrası.

Tələblər:

  • Hüquq ixtisası üzrə tam ali təhsil (magistr tələbələri və yeni məzunlar da müraciət edə bilər);
  • Mülki, Mülki Prosessual, Əmək və İnzibati Prosessual məcəllələri bilmək;
  • Müqavilə hüququ sahəsində bilik və ilkin təcrübə;
  • Hüquqi yazışma, analitik düşünmə və məqalə yazmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst, İngilis dilində yaxşı səviyyədə, Rus dili arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı, dəqiqlik və məsuliyyətlilik.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi (şənbə və bazar istirahət);
  • İş saatları: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri;   
  • Rəqabətə davamlı əmək haqqı. 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly140
  • Monthly2741