Hüquqşünas

  • Deadline 13 İyun 2025

Vəzifə öhdəlikləri: 

  • Normativ hüquqi aktların və digər sənədlərin layihələrinin hüquqi ekspertizasının keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Fəaliyyətlə bağlı normativ hüquqi aktların, daxili qaydaların, təlimatların və digər normativ sənədlərin layihələrinin, digər struktur bölmələr tərəfindən hazırlanan ilkin layihələrin və qəbul edilmiş sənədlərin təhlil edilməsi, onların təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Fəaliyyətlə əlaqədar normativ hüquqi aktlarının siyahısının aparılması, hüquq ədəbiyyatı, şərhlər və dövri hüquqi nəşrlərin toplanması üçün səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsində iştirak; 
  • Rəhbərlik və əməkdaşlara fəaliyyət istiqamətləri üzrə qanunvericilik və qanunvericiliyə edilmiş dəyişikliklər, əlavələr barədə məlumatın verilməsi;
  • Məhkəmə proseslərində təmsil etdiyi hüquqi şəxsin nümayəndəsi qismində iştirak etmək, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edilməsi, bununla əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanması;
  • Verilən tapşırığa əsasən hesabat, arayış və məlumatların hazırlanması;

Vəzifə tələbləri: 

  • Ali təhsil (hüquq ixtisası üzrə ali təhsil);
  • Dil bilikləri: rus dili, ingilis dili (orta səviyyədə);
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, məqsədyönlü olması;
  • Analitik düşünmə və təhlil etmə bacarığı;
  • Konfliktləri idarə etmək və problem həll etmək bacarığı; 
  • Ünsiyyət qabiliyyəti.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan formu doldura bilərlər.

  • Daily0
  • Weekly373
  • Monthly1118