Tələblər:
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
- Mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək;
- Vəkillər kolegiyasının üzvü
- Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi.
- MS Office proqramları biliyi;
Vəzifə öhdəlikləri:
- Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək məhkəmələrdə iştirak etmək şirkətin hüquqlarını qorumaq (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.);
- Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək;
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək;
İş şəraiti:
- 5 günlük iş rejimi
- Əmək haqqı: 1000 AZN+bonuslar
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərsiniz.