Tikinti şirkətinə Hüquqşünas tələb olunur.
Əsas vəzifələr
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Podrat, subpodrat, satınalma, təchizat və xidmət müqavilələri üzrə hüquqi işlərin aparılması;
- Müqavilə risklərinin müəyyən edilməsi və şirkətin maraqlarının qorunması;
- Tender və layihələr üzrə hüquqi sənədlərin hazırlanması və yoxlanılması;
- Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğuna hüquqi nəzarət.
Namizədə tələblər
- Hüquq üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
- İngilis dili – yaxşı səviyyədə bilməsi əsas tələbdir;
- Rus dili biliyi əlavə üstünlükdür;
- Tikinti, podrat və kommersiya müqavilələri üzrə təcrübə üstünlükdür;
- FIDIC və beynəlxalq müqavilələr üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
Tikinti sektorunda və beynəlxalq müqavilələrlə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.