Hüquqşünas

  • Истекает 20 сентябрь 2026

Tikinti şirkətimizin hüquqi fəaliyyətini təmin edəcək, rəhbərliyə hüquqi dəstək göstərəcək və şirkətin hüquqi risklərinin effektiv idarə olunmasını həyata keçirəcək Hüquqşünas axtarırıq.

Əmək funksiyaları:

  • Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
  • Tikinti layihələri üzrə müqavilə və digər sənədlərin hüquqi baxımdan təhlil edilməsi;
  • Müqavilələr üzrə hüquqi risklərin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə təkliflərin hazırlanması;
  • Şirkətin dövlət qurumları, podratçılar, subpodratçılar və digər tərəfdaşlarla hüquqi münasibətlərinin müşayiət edilməsi;
  • İddia ərizələri, hüquqi rəylər, rəsmi məktublar və digər hüquqi sənədlərin hazırlanması;
  • Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması;
  • Şirkətin gündəlik fəaliyyətindən irəli gələn hüquqi məsələlər üzrə rəhbərliyə hüquqi dəstəyin göstərilməsi;
  • Tikinti və daşınmaz əmlak sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi;
  • Şirkətin nizamnaməsi, əmrləri, qərarları, daxili qaydaları, siyasətləri və digər təşkilati-sərəncamverici sənədlərinin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Şirkətin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və hüquqi rəylərin təqdim edilməsi;
  • Şirkətin hüquqi şəxslər, tərəfdaşlar və digər kontragentlərlə hüquqi münasibətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hüquqi sənədlərin hazırlanması, sistemləşdirilməsi və hüquqi sənəd dövriyyəsinin təşkilinə dəstək göstərilməsi;
  • Şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair yazılı və şifahi hüquqi rəylərin hazırlanması;
  • Şirkətin fəaliyyətinə təsir edən qanunvericilik və normativ hüquqi aktların mütəmadi izlənilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:

  • Ali hüquqi təhsil;
  • Tikinti şirkətində və ya tikinti layihələri üzrə hüquqşünas kimi iş təcrübəsi mütləqdir;
  • Podrat və subpodrat müqavilələrinin hazırlanması və hüquqi ekspertizası üzrə praktiki təcrübə;
  • Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati, əmək qanunvericiliyi, Şəhərsalma və Tikinti Məcəlləsi və digər müvafiq qanunvericilik aktları üzrə bilik;
  • MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Analitik düşüncə, hüquqi sənədlərlə işləmək və danışıqlar aparmaq bacarığı;
  • Müstəqil işləmək, hüquqi riskləri düzgün qiymətləndirmək və operativ qərar qəbul etmək bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily4
  • Weekly570
  • Monthly1746