Hüquqşünas - Vəkil

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas - Vəkil

  • Deadline 10 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fəaliyyət sahəsi: Korporativ və kommersiya hüququ

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat, ofisdaxili

Avtomobillərin beynəlxalq idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə ofisdaxili hüquqşünas-vəkil tələb olunur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlük mütləq şərtdir.

Vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətinin həyata keçirilməsi;
  • Müştərilərlə bağlanan müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizası;
  • Müqavilə öhdəlikləri, gecikmələr və mübahisələrlə bağlı hüquqi tədbirlərin görülməsi;
  • Müştəri şikayətlərinin, pretenziyaların və rəsmi müraciətlərin araşdırılması;
  • Məhkəmələrdə və digər dövlət orqanlarında şirkətin maraqlarının təmsil edilməsi;
  • İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
  • Xarici təchizatçılarla müqavilələrin və kommersiya münasibətlərinin hüquqi qiymətləndirilməsi;
  • Debitor borclarının hüquqi qaydada tələb edilməsi və mübahisələrin həlli;
  • Şirkət rəhbərliyinə hüquqi rəylərin və tövsiyələrin təqdim edilməsi.

Namizədə tələblər

  • Ali hüquq təhsili;
  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq — mütləqdir;
  • Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan müvafiq status;
  • Mülki, kommersiya və müqavilə hüququ sahəsində praktiki təcrübə;
  • Məhkəmə proseslərində təmsilçilik təcrübəsi;
  • Hüquqi sənədləri müstəqil və peşəkar səviyyədə hazırlamaq bacarığı;
  • Güclü hüquqi təhlil və danışıqlar aparmaq qabiliyyəti;
  • Yüksək məsuliyyət, məxfilik və iş intizamı.
  • Korporativ hüquq, avtomobil ticarəti, idxal əməliyyatları və müştəri mübahisələri üzrə təcrübə üstünlükdür.

İş şəraiti

  • Tam ştat, ofisdaxili iş;
  • İş saatları: 10:00–19:00;
  • Əməkhaqqı namizədin təcrübəsinə və peşəkar bacarıqlarına əsasən razılaşdırılacaq;
  • Davamlı hüquqi praktika və peşəkar iş mühiti;
  • Uzunmüddətli əməkdaşlıq imkanı.

Müraciət üçün - WhatsApp: +994 10 310 05 06

Namizədlərdən CV-lərini və Vəkillər Kollegiyasına üzvlükləri barədə məlumatı təqdim etmələri xahiş olunur.

Müraciət mövzusu: “Hüquqşünas – Vəkil”

  • Daily30
  • Weekly39
  • Monthly623