Öhdəliklər:
- Müəssisədə bütün növ xüsusilə icbari sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və pasientlərin artması üçün sığorta şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi;
- Sığorta şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi;
- Klinikaya müraciət edən pasientlərin yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət;
- Mövcud pasientlər ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial pasientlər üzrə klinikanın xidmətlərinin satılmasının təmin edilməsi;;
- Sığorta şirkətləri ilə danışıqların aparılması;
- Vaxtlı-vaxtında sorğuların cavablarının daxil olmasına, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təminatına nəzarət edilməsi;;
- Rəqiblər/bazar üzrə analitikanın aparılması və müvafiq tədbirlər planının Rəhbərliyə təqdim edilməsi;
- Daxili ekspertizanın keçirilməsi və nəticələrlə bağlı Rəhbərliyə hesabat təqdim etmək.
Vəzifəyə tələblər:
- Ali təhsili
- Sığorta sahəsində cari vəzifə üzrə 3 ildən az olmayan ümumi əmək stajı
- İcbari tibbi sığorta ilə işləmək təcrübəsi tələbdir;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq,
- Dəqiqlik;
- Komandada işləmə və idarəçilik bacarığı;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Həftəlik 6 gün (şənbə günü qısa iş günü)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən qarşılıqlı razılaşma ilə təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV formasını Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.