C Company
  • 525

Company

Digər

İctimaiyyətlə əlaqələr şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İctimaiyyətlə əlaqələr şöbə müdiri

  • Deadline 16 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq;
  • PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək;
  • Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək;
  • Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək;
  • Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək;
  • Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək;
  • Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq;
  • Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq;
  • Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək;
  • Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək;
  • Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək;
  • Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq;
  • Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək;
  • PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək;
  • Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq;
  • PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq;
  • Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək.

Tələblər: 

  • İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil;
  • PR və kommunikasiya sahəsində 5 illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
  • PR alətləri və texnologiyaları üzrə bilik;
  • Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə;
  • Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə;
  • Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).

Şəxsi Keyfiyyətlər:

  • Güclü liderlik və idarəetmə bacarığı;
  • Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi);
  • Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti;
  • Strateji və analitik düşüncə tərzi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İstirahət şənbə və bazar günləri;
  • Ünvan: Xətai 34 (Luxen Plaza). 

Biz nə təklif edirik:           

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Şəhərin mərkəzində ofis
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly791
  • Monthly1538