C Company

İdman meneceri (Sports Manager)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İdman meneceri (Sports Manager)

  • Deadline 7 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında

  • İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün İdman meneceri vəzifəsinə məsuliyyətli və təşəbbüskar namizəd axtarılır. 

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq yarışların, təlim-məşq toplanışlarının və digər idman tədbirlərinin təşkili və koordinasiyasında iştirak etmək;
  • Tədbirlərin texniki təlimatlarının (technical meeting, event schedule və s.) hazırlanmasına dəstək göstərmək;
  • Tədbirlərin vaxtında və effektiv şəkildə keçirilməsinə nəzarət etmək, müvafiq hesabatlar hazırlamaq;
  • Yarış məkanlarının texniki hazırlığını və avadanlıqların işlək vəziyyətini nəzarətdə saxlamaq;
  • Tərəfdaş qurumlar, məşqçilər, hakimlər, texniki nümayəndələr və iştirakçılarla kommunikasiyanı və koordinasiyanı təmin etmək;
  • Yarışlar üçün qeydiyyatların toplanmasını və iştirakçı siyahılarının hazırlanmasını təşkil etmək;
  • Yarış proqramları üzrə iştirakçı siyahılarının və nəticələrin operativ hazırlanmasını və paylaşılmasını təmin etmək;
  • Xarici mütəxəssislərə tərcümə və təşkilati məsələlər üzrə dəstək göstərmək;
  • Beynəlxalq idman qurumları ilə kommunikasiya prosesinə dəstək vermək;
  • Baş məşqçilər və baş ofis arasında əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Məşqçilərin inzibati və əməliyyat məsələlərinin həllinə dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını koordinasiya etmək və icra vəziyyəti barədə mütəmadi məlumat təqdim etmək;
  • İdman şöbəsinin gündəlik fəaliyyətinin effektiv təşkilini təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • İdman sahəsində, idman tədbirlərinin təşkili və ya əməliyyat fəaliyyətinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri (əla);
  • Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramları (əla);
  • Güclü təşkilatçılıq, koordinasiya və ünsiyyət bacarıqları;
  • Yüksək məsuliyyətlilik və intizamlılıq;
  • Birbaşa rəhbərlə işləmək və tapşırıqların icrasını effektiv şəkildə təşkil etmək bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Dinamik və sürətli iş mühiti;
  • Rəhbərliklə birbaşa işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

İş şərtləri:

  • İş vaxtı: 09:00 – 18:00
  • İş günləri: 5/2
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily32
  • Weekly580
  • Monthly2649