Namizədə tələblər:
- Ali təhsil
- İdman sahəsində, idman tədbirlərinin təşkili sahəsində minimum 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan, rus və ingilis (əla)
- Kompüter bilikləri: MS Office proqramları (əla)
- Yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları
Əsas vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili prosesində iştirak
- Tədbirin texniki təlimatlarının (technical meeting, event schedule, və s.) hazırlanmasına dəstək
- Tədbirlərin vaxtında və effektiv şəkildə keçirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması
- Yarış məkanlarının texniki hazırlığına və avadanlıqların işlək vəziyyətinə nəzarət
- Tərəfdaş qurumlar, məşqçilər, hakimlər, texniki nümayəndə və iştirakçılarla kommunikasiya və koordinasiya
- Yarış üçün qeydiyyatların toplanması və iştirakçı siyahılarının hazırlanması
- Yarış proqramı üzrə iştirakçı siyahılarının və nəticələrin operativ hazırlanması və paylaşılması
- Xarici mütəxəssislərə tərcümə və təşkilati məsələlər üzrə dəstək
- Əlaqədar beynəlxalq qurumlarla kommunikasiya prosesinə dəstək
İş şərtləri:
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: 5/2
- Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “mövzu” bölməsində vakansiya adının qeyd etməklə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.