C Company
  • 646

Company

Digər

İngilis dili bilən müşayiətçi (məktəb və ev üçün)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İngilis dili bilən müşayiətçi (məktəb və ev üçün)

  • Deadline 22 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

10 yaşlı oğlan uşağı üçün ingilis dili bilən bəy müşayiətçi tələb olunur. Uşaq eşitmə qabiliyyətində çətinlik yaşadığı üçün onunla həm məktəbdə, həm də evdə fərdi şəkildə işləyə biləcək və gün ərzində yanında olacaq şəxs axtarılır.

Əsas vəzifələr:

  • Uşağı məktəbdə müşayiət etmək və dərslərdə onunla birgə iştirak etmək
  • Dərs mövzularının izahında və tapşırıqların yerinə yetirilməsində kömək göstərmək
  • Evdə fərdi məşğələlər aparmaq, gündəlik öyrənmə fəaliyyətini izləmək
  • Uşağın qidalanmasına, təhlükəsizliyinə və ümumi rifahına nəzarət etmək
  • Lazım gəldikdə ingilis dilində tədris dəstəyi və ünsiyyət təmin etmək
  • Uşağa qarşı səbirli, anlayışlı və motivasiyaedici münasibət göstərmək

Tələblər:

  • Cins: bəy namizədlər
  • Yaş: 22–35 arası
  • Təhsil: ali və ya pedaqoji təhsil (xüsusilə ingilis dili, psixologiya və ya pedaqogika sahəsində üstünlük verilir)
  • İngilis dilini yaxşı səviyyədə bilməli
  • Uşaqlarla işləmə və ünsiyyət bacarığı
  • Uzunmüddətli iş rejimində (səhərdən axşama qədər) işləyə bilmək
  • Məsuliyyətli, səbirli, sakit təbiətli və etibarlı olmalı

 İş şəraiti:

  • İş qrafiki: bazar ertəsindən şənbə gününədək, səhərdən axşama qədər
  • İş yeri: uşağın yaşadığı evdə və oxuduğu məktəbdə
  • Nahar və gündəlik ehtiyaclar təmin olunur
  • Əmək haqqı: müsahibə əsasında razılaşdırılacaq (təcrübə və bacarığa görə)

Müraciət qaydası:

Maraqlanan şəxslər CV-lərini və qısa təqdimat məktublarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu sətrində: “İngilis dili bilən müşayiətçi (məktəb və ev üçün)” qeyd edin.

  • Daily19
  • Weekly429
  • Monthly1026