Vəzifə öhdəlikləri:
- Proqnozlaşdırılan və faktiki əmək, materiallara dair hesabatların hazırlanması;
- Layihə xərcləri hesabatlarını təqdim etmək üçün layihənin rəhbərliyi ilə əməkdaşlığın edilməsi;
- Layihə büdcələri, proqnozları və maliyyə planlarının hazırlanması, onlara nəzarət edilməsi;
- Layihə xərclərinə nəzarət edilməsi və maliyyə təlimatlarına və layihə məqsədlərinə uyğunluğunun təsdiq edilməsi.
- Sahədə işlərin icrasına və keyfiyyətinə nəzarət edilməsi.
Əsas tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi sahəsində təhsil alanlara üstünlük verilir);
- İnşaat sahəsində minimum 8 illik iş təcrübəsi;
- Yaşayış binasının inşaatında təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Layihələrin nəzarəti üzrə minimum 3 illik iş təcrübəsi;
- İnşaat materiallarının bazar qiymətləri üzrə bilik;
- MS Word, Excel, Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Sənədləşmə işlərinin düzgün, sistematik icrasını bilmək və təmin etmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazmaq qabiliyyəti; rus dili biliyi arzuolunandır.
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi (mövzu hissəsində “Tikinti layihəsi üzrə nəzarətçi” qeyd edərək) və əmək haqqı gözləntinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.