C Company
  • 759

Company

Digər

İnsan Resursları Departament Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları Departament Direktoru

  • Deadline 15 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Şirkət İnsan Resurslarının idarə olunması strategiyasının hazırlanması və tətbiqi üzrə təcrübəli namizəd axtarır. Namizəd HR proseslərinin effektiv təşkili, işçi heyətinin inkişafı və motivasiyasının təmin olunmasına rəhbərlik edəcəkdir.

Vəzifə öhdəlikləri

  • Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət;
  • HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək; 
  • İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək; 
  • Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək; 
  • İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq; 
  • Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq;
  • Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək;
  • Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək;
  • Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi;
  • Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması.
  • HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Tələblər

  • Ali təhsil; 
  • İnsan resurslarının idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi; 
  • Böyük heyətlə (minimum 1000 nəfər) işləmə təcrübəsi; 
  • İşçi heyətinin planlaşdırılması, işə qəbul, performansın qiymətləndirilməsi, motivasiya və təlim sistemləri üzrə praktiki bilik; 
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək; 
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı; 
  • SAP proqramında işləmə bacarığı; 
  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək; 
  • Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarıqları; 
  • Məsuliyyətlilik və detallara diqqət. 

İş şəraiti

  • İş vaxtı: 09:00 – 18:00 
  • İstirahət günləri: Şənbə və Bazar 
  • Əməkhaqqı: Razılaşma əsasında 
  • Sınaq müddətindən (3 ay) sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı

Maraqlanan namizədlər qeyd olunan Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV ilə müraciət etməyiniz xahiş olunur.

  • Daily115
  • Weekly595
  • Monthly1688