Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, rotasiyası, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
- İşçi axtarılmasında, seçimində olan proseslərdə iştirak etmək, rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
- Boş vakansiyalar ilə bağlı elanlar hazırlamaq, verilməsini təmin etmək.
- Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
- Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Cəmiyyətə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
- Lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə işlər yerinə yetimək;
- Mütəmadi olaraq yerinə yetirilmiş işlər barəsində şöbə müdirinə hesabatlar təqdim etmək və s.
Tələblər:
- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi).
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
- MS Office və ERP proqramlarından istifadə etmək bacarığı.
- Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı.
- Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli.
- Yüksək ünsiyyət qabiliyyəti
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
- İş yeri – Bakı şəhəri
- İş saatları: 09:00-18:00;
- Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR üzrə aparıcı mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.