C Company
  • 500

Company

Digər

İnsan resursları üzrə Aparıcı mütəxəssis (Əməliyyatlar üzrə) - Gəncə şəhəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə Aparıcı mütəxəssis (Əməliyyatlar üzrə) - Gəncə şəhəri

  • Deadline 21 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Gəncə şəhərində fəaliyyət göstərən təşkilat olaraq  peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları üzrə Aparıcı mütəxəssis (Əməliyyatlar üzrə) axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd müəssisədə kadr inzibatçılığı və insan resursları əməliyyatları istiqamətində – əmək müqavilələrinin və əmrlərin rəsmiləşdirilməsi, kadr uçotunun aparılması, məzuniyyət və iş vaxtının uçotunun idarə olunması, kadr hesabatlarının hazırlanması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi sahəsində fəaliyyət göstərəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • İşə qəbul, vəzifə dəyişikliyi və əmək münasibətlərinə xitam üzrə əmrlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Əmək müqavilələrinin və onlara əlavə razılaşmaların hazırlanması, elektron hökumət portalında müvafiq bildirişlərin qeydiyyatı;
  • Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, aparılması və aktual saxlanılması;
  • Məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyətlərin və xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi;
  • İş vaxtının uçotu tabellərinin aparılmasına nəzarət və yoxlanılması;
  • Kadr uçotu üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Əməkdaşlara arayışların və digər kadr sənədlərinin hazırlanması və təqdim edilməsi; 
  • Daxili auditlərdə, planlı və qəfil yoxlamalarda kadr sənədləri üzrə iştirak;
  • Kadr əməliyyatlarının əmək qanunvericiliyinə uyğunluğunun təmin edilməsi və kadr məlumat bazalarının (1C və digər HR sistemləri) aktual saxlanılması.

Namizədlərdən tələblərimiz

  • Ali təhsil (İnsan resursları, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Kadr inzibatçılığı və ya İR əməliyyatları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər;
  • Elektron hökumət portalı ( ƏMAS ) ilə iş təcrübəsi;
  • Kadr uçotu, sənədləşmə və hesabatlılıq sahəsində iş təcrübəsi;
  • Dövlət qurumları ilə işgüzar yazışma və kommunikasiya bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı, 1C üzrə biliklər üstünlükdür;
  • Azərbaycan dili – sərbəst, İngilis və Rus dili bilikləri arzuolunandır;
  • Komandada işləmək, koordinasiya və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətlilik, detallara diqqət, məxfiliyə riayət və operativlik;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı.

Sizə nə təklif edirik?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Güzəştli nahar təminatı;
  • Korporativ güzəştlər və sosial dəstək proqramları;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün CV-nizi mövzu hissəsində “İR üzrə mütəxəssis (Gəncə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək  müraciətinizi tamamlaya bilərsiniz.

  • Daily1
  • Weekly310
  • Monthly1755