C Company
  • 962

Company

Other

İnsan resursları üzrə baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan resursları üzrə baş mütəxəssis

  • Истекает 9 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Holdinq daxilində tikinti şirkətində “İnsan resursları üzrə baş mütəxəssis” vakansiyası mövcuddur:

Əmək funksiyaları:   

  • AR Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi və digər əməliyyatları vaxtında yerinə yetirmək;
  • Əmək haqqı hesablanması zamanı lazım olduğu halda əmək haqqı hesablanması ilə bağlı yan proseslərin icrasında şöbədaxili həmkarlara dəstək göstərmək, əməkdaşlardan gələn sorğuları cavablandırmaq;
  • Əmək haqqı üzrə daxili hesabatların hazırlanmasında dəstək göstərmək;
  • Uyğun namizədlərləri vakansiya üzrə tapmaq, görüşlər aparmaq və onları dəyərləndirmək;
  • İşə qəbul, işə qəbuldan sonrakı təlimatlar və sənəd tələbləri üzrə dəstək vermək.
  •  İşçi məlumatlarının mütəmadi olaraq yenilənməsi və saxlanılması.
  • Hesabatların hazırlanması. 

Vəzifənin tutulması şərtləri:

  • Ali təhsil: İnsan resursları, Dövlət və ya biznes idarəçiliyi, İqtisadiyyat, İdarəetmə istiqaməti üzrə ixtisas, Hüquq, Sosial elmlər və ya digər əlaqədar sahələr;
  • İş stajı: ən azı 3 il İnsan resursları sahəsində iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri - arzuolunandır;
  • Əmək məcəlləsini bilməsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Komandada işləmək bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly535
  • Monthly1670