Əmək funksiyaları:
İşçi qüvvəsinin fəaliyyətini planlaşdırmaq və idarə etmək:
- İşlə tanışlıq (orientasiya) proqramlarını hazırlanması və həyata keçirməsini təmin etmək;
- İnsan resurslarının idarəedilməsi üzrə strategiyaları hazırlamaq və həyata keçirmək;
- Ehtiyat kadr potensialını planlaşdırmaq;
- Müəssisənin kadr siyasətinin formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək;
İşəqəbul prosesini planlaşdırmaq və işəgötürməni təşkil etmək:
- İşçi ehtiyacını müəyyən etmək;
- Şirkətdə işləyən işçiləri açıq vakansiya üzrə dəyərləndirmək;
- Uyğun namizədlərlə görüşlər aparmaq və onları dəyərləndirmək;
- Müəssisəni tədbirlərdə təmsil edilməsini (sərgilər, yarmarkalar və s.) təmin etmək;
İşçilərin fərdi inkişafını, təlimini və karyera yüksəlişini dəstəkləmək:
- Şöbələrin profilinə uyğun təlim proqramlarını (ixtisasartırma daxil olmaqla) hazırlamaq;
- İşçilərin bilik və bacarıqlarındakı boşluqları aşkar etmək üçün müvafiq strategiyalar hazırlamaq və həyata keçirmək;
Vəzifənin tutulması şərtləri:
- Ali təhsil: İnsan resursları, Dövlət və ya biznes idarəçiliyi, İqtisadiyyat, Hüquq, Sosial elmlər və ya digər əlaqədar sahələr;
- İş stajı: ən azı 3 il dövlət qulluğunda iş təcrübəsi arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office;
- Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri - arzuolunandır;
- Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
- Ünsiyyətqurma bacarığı;
- Komandanı idarə etmə bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Biz nə təklif edirik:
- Maraqlı layihələrdə iştirak, zəngin təcrübənin qazanılması;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün iş şəraiti;
- Karyeranızın qurulması üçün geniş imkanlar.
CV-nizi elektron poçt ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.