C Company
  • 188

Company

Digər

İnsan Resursları üzrə Kiçik Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları üzrə Kiçik Mütəxəssis

  • Истекает 9 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Bakı, Arena Plaza
  • İş qrafiki: 6 günlük, şənbə yarım gün.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahələrində və ofisdə çalışan işçilərin kadr sənədlərinin hazırlanması və uçotunun aparılmasına dəstək göstərilməsi;
  • İşə qəbul, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və xitam prosesləri ilə bağlı sənədlərin hazırlanmasında iştirak;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • Davamiyyət cədvəllərinin, iş vaxtı uçotu məlumatlarının və tabellərin hazırlanmasına dəstək göstərilməsi;
  • Tikinti sahələrində çalışan işçilərin sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması;
  • Vakansiyaların yerləşdirilməsi, namizədlərin ilkin dəyərləndirilməsi və müsahibələrin təşkili;
  • Yeni işçilərin işə uyğunlaşdırılması (adaptasiya) prosesində iştirak;
  • Kadr hesabatlarının hazırlanmasına və məlumat bazasının yenilənməsinə dəstək göstərilməsi;
  • Əmək qanunvericiliyi və daxili prosedurlarla bağlı sənədləşmə işlərinin icrasında iştirak;
  • Şöbə rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələblər:

  • İnsan resursları, hüquq, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmə bacarığı;
  • Analitik düşünmə, sənədlərlə işləmə və hesabat hazırlama bacarığı;
  • Yüksək məsuliyyət, diqqətlilik və komandada işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək

Təklif edirik:

  • Əmək haqqı: 600 AZN (net)
  • Tikinti sektorunda peşəkar inkişaf və karyera imkanları;
  • Təcrübəli komanda ilə işləmək imkanı;

Qeyd: Vəzifə tikinti sahələrində çalışan işçilərin kadr uçotunun aparılması və əməliyyat insan resursları proseslərinin dəstəklənməsini nəzərdə tutur. Bu səbəbdən tikinti sektorunun xüsusiyyətlərini bilən namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində "İR üzrə kiçik mütəxəssis" qeyd etməklə təqdim edə bilərlər.

  • Daily0
  • Weekly300
  • Monthly1025