Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkət İnsan Resursları üzrə Menecer vəzifəsinə təcrübəli mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
- İR strategiyası, siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
- İR büdcəsinin, işçi qüvvəsi planlamasının və təşkilati strukturun idarə edilməsi;
- İşə qəbul, adaptasiya və sınaq müddəti proseslərinin idarə edilməsi;
- Vəzifə təlimatlarının, səriştə tələblərinin və vəzifə dərəcələndirməsinin hazırlanması;
- Performansın qiymətləndirilməsi, təlim və karyera inkişafı sistemlərinin qurulması;
- Mükafatlandırma və motivasiya sisteminin formalaşdırılması, kadr axıcılığının azaldılması;
- Kadr kargüzarlığının qanunvericiliyə uyğun aparılması (əmək haqqı və məzuniyyət hesablamaları daxil olmaqla);
- Rəhbərliyə dövri İR hesabatlarının təqdim edilməsi.
Tələblər
- İR, biznesin idarə edilməsi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- İR sahəsində ən azı 3 il iş təcrübəsi;
- Əmək Məcəlləsini və işə qəbul metodlarını mükəmməl bilməsi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətlilik, obyektivlik və məxfiliyə riayət;
- İngilis dili bilikləri və xidmət sahəsində təcrübə üstünlükdür.
Təklif edirik
- Əmək haqqı: 2000–2500 AZN;
- Nahar şirkət tərəfindən təmin olunur.
CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.