Vəzifə öhdəlikləri
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə əcnəbi əməkdaşın fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq və miqrasiya ilə əlaqədar bütün məsələləri koordinasiya və icra etmək;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi
- İşçilərin qiymətləndirilməsi və işin dəyərləndirilməsi prosesini təşkil etmək və aparmaq;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və maliyyə departamentinə vaxtında təhvil vermək;
- İllik əmək məzuniyyətini qrafikini tərtib etmək və məzuniyyət vaxtını izləmək;
- İşgüzar səfərlər (ezamiyyə) və sosial dəstək əmrlərini hazırlamaq;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
Bilik və bacarıqlar
- Son dərəcə məsuliyyətli olmaq və məxfi məlumatlarla işləməyi bacarmaq;
- İşi planlaşdırmağı və işi vaxtında təhvil verməyi bacarmaq;
- Şəxslərarası, yazılı və şifahi ünsiyyət qabiliyyətinin mükəmməlliyi;
- Ali təhsil/kollec diplomu;
- Word, Excel, Outlook və 1C 8.3 üzrə biliklər.
- Mükəmməl Azərbaycan və ingilis dili bilikləri. Əlavə olaraq, rus dili və başqa dil bilikləri arzuediləndir;
- Personalın idarəolunması sahəsində, ən azı 3 illik iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini yaxşı bilmək və müvafiq təcrübəyə malik olmaq.
İş şəraiti:
- İş saatları: həftənin 5 günü, 09:00-dan 18:00-a kimi;
- İş yeri: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı magistral yolu 15 km.
Faydaları:
- Servis avtobusu
- Nahar
Qeyd: Sumqayıt şəhər, Abşeron və Binəqədi rayonunda yaşayanlara üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.