C Company
  • 548

Company

Other

İnsan resursları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan resursları üzrə mütəxəssis

  • Истекает 3 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları üzrə Mütəxəssis əmək qanunvericiliyinə uyğun olaraq şirkətin insan resursları əməliyyatlarını icra edir. Bu vəzifəyə əmək müqavilələrinin və əlavələrinin hazırlanması, işə qəbul, işdən azad və yerdəyişmə üzrə əmrlərin tərtibi, əmək məzuniyyətlərinin uçotu, tabel cədvəllərinin hazırlanması və HR sənədlərinin sistemləşdirilməsi daxildir. Mütəxəssis əməkdaş məlumatlarının dəqiqliyini təmin edir, daxili prosedurlara riayət olunmasına nəzarət edir və gündəlik İR əməliyyatlarını dəstəkləyir.

Vəzifə öhdəlikləri:

  • Namizədlərin sənədlərini qəbul edir və yoxlayır;
  • Əmək müqavilələrini hazırlayır və imzalanmasına nəzarət edir;
  • İşçilərin məlumatlarını 1C proqramına daxil edir və yeniləyir;
  • İşçilərin şəxsi işlərini hazırlayır;
  • Əmək müqaviləsinə dəyişikliklər edir və şəxsi işləri yeniləyir;
  • İcbari sığorta ilə bağlı məlumatları mütəmadi olaraq yoxlayır, təsdiq edir və ödənilməsi üçün Maliyyə departamentinə təqdim edir;
  • Əmrləri hazırlayır və uçotunu aparır;
  • İş vaxtının uçotu tabellərini hazırlayır;
  • Aidiyyatı digər funksiyaları həyata keçirir.

Tələblər:

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları sahəsində iş təcrübəsi minimum 2 il;
  • Əmək qanunvericiliyi sahəsində baza bilikləri olmalıdır;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
  • ƏMAS-ı bilməsi zəruridir;
  • Ms Office (Outlook, MS Word, Excel) və 1C proqramlarını yüksək səviyyədə bilməli;

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyətçil
  • Detallara diqqətli
  • Məsuliyyətli

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily96
  • Weekly204
  • Monthly567