Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi;
- İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
- Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi;
- İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi;
- Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması;
- Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi;
- İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi;
- İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsi;
- Şəxsi işlərin formalaşdırılması;
- Rəhbərin verdiyi digər tağşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: müvafiq sahə üzrə 1 ildən az olmayaraq;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər;
- Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək;
- Analitik düşünmə
Əlavə məlumat:
- İş qrafiki: 5 gün, 08:30-17:30
- İş yeri: Sumqayıt şəhəri (20 Yanvardan servis xidməti mövcuddur)
- Nahar şirkət tərəfindən təmin edilir
- Özəl Tibbi sığorta
- Əmək Haqqı: 940 AZN (net)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.