İnsan Resursları üzrə mütəxəssis

  • Истекает 21 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları komandamıza qoşulmaq üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilən, məsuliyyətli və detallara diqqət yetirən İnsan Resursları üzrə mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, əmək müqaviləsinə xitam verilməsinin və başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və düzgün aparılmasının təmin edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin və digər sənədlərin hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi;
  • Əmək müqavilələrinin, əmək müqavilələrinə dəyişikliklərin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət informasiya sistemlərinə və portallarına vaxtında, düzgün daxil edilməsinin təmin edilməsi;
  • ƏMAS, İSB və E-gov portallarında müvafiq əməliyyatların həyata keçirilməsi;
  • İşçilərin İnsan Resursları sahəsi ilə bağlı müraciət və sorğularının araşdırılması, cavablandırılması və müvafiq tədbirlərin görülməsi;
  • Könüllü tibbi sığorta ilə bağlı sənədləşmə və əməliyyatların icrası;
  • Kadr sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edilməsi.
  • Könüllü tibbi sığorta proseslərinin idarə olunması üzrə təcrübə.

Namizədə tələblər

  • İnsan Resursları, idarəetmə, hüquq və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
  • Kadr inzibatçılığı və insan resursları sənədləşməsi sahəsində iş təcrübəsi;
  • ƏMAS, İSB və E-gov portallarından istifadə bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, operativlik və sənədlərlə dəqiq işləmək bacarığı;
  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • SAP HR/HCM proqramı ilə iş təcrübəsi;

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily116
  • Weekly448
  • Monthly1866