Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İnsan resursları sahəsində 1 ilə qədər iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlükdür;
- MS Office bilikləri;
- Əmək qanunvericiliyi üzrə biliklər;
- Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
- Namizədlərlə müsahibələrin təşkil edilməsi;
- Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
İş şəraiti:
- Maaş: 500 – 700 AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.