Vəzifə öhdəlikləri
- İşə qəbul prosesində iştirak etmək, namizədlərlə ilkin müsahibələr keçirmək və qeydiyyat prosedurlarını həyata keçirmək;
- Yeni işə qəbul olanların kadr sənədləşməsi ilə bağlı məlumatların toplanmasını və sistemləşdirilməsini təmin etmək;
- İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinə aid digər inzibati işləri yerinə yetirmək;
İş şəraiti
- İş yeri: Hacıqabul;
- 6 günlük iş rejimi və həftədə bir gün istirahət;
- Korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- Yaş həddi: 20 yaşdan - 30 yaşadək;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Ali təhsil (İnsan Resursları, Menecment və ya oxşar sahələr üzrə üstünlük veriləcək);
- Güclü ünsiyyət bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.