İş yeri: Xırdalan şəhəri
İş barədə məlumat:
- Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilmələri və s. sənədləri rəsmiləşdirilmək
- Vəzifə təlimatlarının hazırlanması;
- İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi ayın sonu davamiyyət tabellərini hazırlayaraq mühasibatlığa təhvil vermək;
- “ƏMAS” portalında əməliyyatların aparılması (Əmək müqavilələri, xitam əmrləri, əmək müqavilələrinə dəyişiklik, məzuniyyət əmrləri və s.)
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişiklikləri etmək
- Ezamiyyət sənədlərini rəsmiləşdirmək və qeydiyyatlarını aparmaq
- İşçilər barədə məlumat bazasını yaratmaq, yenilik və dəyişiklikləri daxil etmək
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələri hazırlamaq
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək
- Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın tərtib olunmasını təşkil etmək
- Açıq olan vakansiyaların elana hazırlamaq və yerləşdirmək, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, ilkin işəqəbul müsahibələri ilə bağlı nəticələri hazırlanmaq, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək
- Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir;
- Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsi;
- Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.
Namizəd üçün tələblər:
- Ali təhsil
- İR sahəsində minimum 2 il iş təcrübəsi
- Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli
- ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı
- Analitik düşünmə qabiliyyətinin güclü olması
- MS Office proqramlarını çox yaxşı bilməli
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Məsuliyyəti öz üzərinə götürərərək iş prosesini izləmək bacarığı olan
- Gənc, dinamik və inkişafa açıq
- Karyera inkişafına həvəsli olanƏmək şəraiti:
İş şəraiti
- İş rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00-18:00
Tələblərə cavab verən namizədlər CV formalarını “İnsan Resursları üzrə mütəxəssis/İnsan Resursları üzrə aparıcı mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.