Tikinti şirkətinin İnsan resursları və əmək haqqı şöbəsinə mütəxəssis tələb olunur.
Əsas vəzifələr
- Əmək qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklərə malik olmaq;
- İşçilərin işə qəbulu və işdən azad edilməsi proseslərinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi;
- Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək;
- İşçilərin şəxsi işlərinin aparılması və müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- ƏMAS portalında əmək münasibətləri üzrə müvafiq əməliyyatların aparılması;
- Əmək müqavilələrinin bağlanması və əmək müqavilələrinə edilmiş dəyişikliklərin rəsmiləşdirilməsi;
- Məzuniyyət, ezamiyyət, əmək müqaviləsinə xitam və digər kadr əmrlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Əmək haqqı, məzuniyyət haqqı, son haqq-hesab, ezamiyyə xərcləri və digər ödənişlərin hesablanması üzrə biliklərə malik olmaq;
- Əmək haqqı və digər ödənişlərə dair məlumatların 1C proqramına daxil edilməsi;
- İş vaxtının uçotunun aparılması və tabelərin hazırlanması;
- Bəyannamələrin və statistik hesabatların hazırlanması üçün zəruri məlumatların toplanması və təqdim edilməsi;
- İşçilərin əmək fəaliyyəti, məzuniyyətləri, iş vaxtı və digər kadr məlumatları üzrə uçotun aparılması;
- Kadr sənədlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsini təmin etmək;
- Rəhbərliyin tapşırıqlarına əsasən insan resursları üzrə digər işlərin həyata keçirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.