İnsan Resursları komandasında İnsan Resursları və İşçi Təcrübəsi üzrə Mütəxəssis vəzifəsi üzrə yeni komanda üzvü axtarılır.
Əsas vəzifə öhdəlikləri
- İşə qəbul, onboarding və yeni əməkdaşların adaptasiya proseslərinin effektiv şəkildə koordinasiyası;
- Vakansiyaların idarə olunması, namizədlərin ilkin qiymətləndirilməsi və seçim prosesinin koordinasiyası;
- Mentor proqramının və sınaq müddəti qiymətləndirmələrinin izlənilməsi;
- İşçi təcrübəsinin və əməkdaş bağlılığının inkişafına yönəlmiş HR təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
- İşçi məmnuniyyəti sorğularının, Exit və Stay müsahibələrinin təşkili, nəticələrin təhlili və müvafiq inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- Performans idarəetmə və 360° qiymətləndirmə proseslərinin həyata keçirilməsinə dəstək;
- Təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq proqramların araşdırılması və təlim proseslərinin koordinasiyası;
- Təlim effektivliyinin qiymətləndirilməsi və nəticələr əsasında təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Əmək haqqı siyasətinin inkişafı üzrə bazar araşdırmalarının aparılmasına dəstək;
- HR məlumatlarının, daxili HR platformalarının və əməkdaşlarla daxili kommunikasiyanın idarə olunması;
- Əməkdaşların karyera inkişafı, nailiyyətləri və xüsusi günləri ilə bağlı daxili kommunikasiya fəaliyyətlərinin təşkili;
- İşçi təcrübəsinin, əməkdaş bağlılığının və HR proseslərinin davamlı təkmilləşdirilməsinə yönəlmiş layihələrdə iştirak.
Namizədlərdən gözləntilər
- İnsan Resursları və ya əlaqəli sahədə ali təhsil;
- HR sahəsində, xüsusilə onboarding, işçi təcrübəsi və ya əməkdaş inkişafı istiqamətində iş təcrübəsi;
- Güclü kommunikasiya və koordinasiya bacarıqları;
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
- Aİ alətləri, MS Office proqramlarından, xüsusilə Excel-dən yaxşı istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür) ;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “İnsan Resursları və İşçi Təcrübəsi üzrə Mütəxəssis” mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: