Əmək haqqı yüksəkdir
Vəzifə təsviri:
İnzibati assistent kimi siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:
- Dəftərxananın gündəlik işlərinin təşkilində və bütün tərəfdaşlarla əlaqələrində dəstək göstərilməsi
- Səfirlik üçün müxtəlif xidmət təminatçıları üzrə operativ və effektiv şəkildə araşdırmanın aparılması və müqayisələrin hazırlanması
- Müqavilə və fakturaların tərcüməsi
- Mühasibat və inzibati yazışmaların işlənməsi
- Mühasiblə birlikdə maliyyə sənədlərinin idarə olunması
- Görüşlərin təşkili və proqramların koordinasiyası, səfərlərin idarə olunması, qonaqların qarşılanması, rezervasiyalar və s.
- Komanda ilə əməkdaşlıq şəraitində işləmək.
Tələblər:
- Ali təhsil diplomu
- Minimum 4 il iş təcrübəsi, üstünlük bu sahəyə uyğun vəzifələrdə çalışanlara veriləcək
- Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq fransız və ya ingilis dillərindən birini yüksək səviyyədə bilmək. Rus dili əlavə üstünlükdür.
Tələb olunan keyfiyyətlər:
- Öyrənməyə həvəsli olmaq
- Təşkilatçılıq bacarığı, dəqiqlik və təzyiq altında işləmə qabiliyyəti
- Yardım etməyə hazırlıq
- Bir neçə tapşırıqları yerinə yetirmə bacarığı
- Tam məxfilik və etibarlılıq
- Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmək bacarığı
- Təşəbbüskar olmaq
- Güclü motivasiya
Necə müraciət etməli:
Maraqlanan namizədlər CV və motivasiya məktubunu fransız və ya ingilis dilində Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
E-mailin mövzu hissəsində "İnzibati köməkçi" yazmağınız xahiş olunur.