Əmək funksiyaları:
- Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və sistemləşdirilməsini həyata keçirmək;
- Toplanmış məlumatlar əsasında iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq;
- Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək;
- Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi təhlillər və məlumatlar təqdim etmək;
- İqtisadi göstəricilər üzrə analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq;
- Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri ümumiləşdirmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək.
Vəzifənin tutulması şərtləri:
- Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
- İş stajı: ən azı 3 il müvafiq sahədə;
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər;
- Dil bilikləri: İngilis dili (mütləq), rus dili biliyi üstünlükdür;
- İqtisadi proqnozlaşdırma, statistik və ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat və makroiqtisadiyyat üzrə biliklər;
- İqtisadi məlumatların müxtəlif mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı;
- İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı;
- İqtisadi proqnozların hazırlanması bacarığı;
- Analitik hesabat və arayışların hazırlanması bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.