İşin qısa təsviri
- Bakı şəhərində yerləşən və kapital bazarlarında fəaliyyət göstərən şirkət IT Helpdesk üzrə Mütəxəssis vakansiyası elan edir. Bu vəzifənin əsas məqsədi şirkət əməkdaşlarına gündəlik texniki dəstəyin göstərilməsi, IT infrastrukturunun fasiləsiz işləməsinin təmin edilməsi və istifadəçilərin üzləşdiyi texnoloji problemlərin operativ həll olunmasıdır. İşyeri Crescent Business Centre.
Əsas vəzifə və öhdəliklər:
- İşçi kompüterlərinin dəstəklənməsi və administrasiyası (Windows 10, 11);
- Windows Server (o cümlədən 2022/2025) əsaslı server infrastrukturunun idarə olunması;
- Active Directory, Group Policy, DNS, DHCP, IIS xidmətlərinin idarə edilməsi;
- Microsoft 365, Azure, Entra ID (əvvəlki Azure AD) ilə işləmək;
- VMware ESXi virtualizasiya mühitinin qurulması və idarə edilməsi;
- Veeam Backup & Replication vasitəsilə ehtiyat nüsxələmə və bərpa proseslərinin icra olunması.
Tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Windows Server və domen xidmətləri üzrə güclü bilik və praktiki təcrübə;
- Şəbəkə infrastrukturunun əsas prinsipləri barədə biliklər;
- Microsoft bulud xidmətləri (M365, Azure və s.) ilə iş təcrübəsi;
- Virtualizasiya və backup sistemləri ilə işləmək bacarığı.
Üstünlük veriləcək hallar:
- İnfrastrukturun buluda (Azure/M365) miqrasiyası üzrə təcrübə;
- Tapşırıqların avtomatlaşdırılması üçün PowerShell bilikləri;
- Linux əməliyyat sistemləri üzrə baza səviyyəsində biliklər;
- Beynəlxalq sertifikatlara sahib olmaq (CompTIA A+, CompTIA Network+, CCNA, Microsoft Certified: Azure Fundamentals).
Şirkətin təklifləri:
- Rəqabətqabiliyyətli əmək haqqı və performansa əsaslanan bonuslar;
- Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti;
- Könüllü tibbi sığorta.
Maraqlanan namizədlər aşağıdakı "Müraciət et" düyməsinə klikləyərək müraciətlərini göndərə və CV-lərini yükləyə bilərlər. Bütün müraciətlər ədalətli şəkildə nəzərdən keçiriləcək və bütün namizədlərə bərabər imkanlar təqdim olunacaq. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digər namizədlər isə şirkətin istedad bazasına əlavə ediləcək.