Vakansiya: Təcrübə Proqramına Qəbul – Kiçik və Orta Biznes Kreditlərinin Satışı üzrə Mütəxəssis
Peşəkar karyera yoluna addım atmaq istəyirsən? Sən də Kiçik və Orta Biznes kreditlərinin satışı üzrə mütəxəssis olmaq üçün nəzərdə tutulmuş 2 aylıq ödənişli təcrübə proqramına qoşul!
Proqram haqqında:
- Müddət: 1-2 ay (rəsmi qeydiyyat + əmək haqqı);
- Məqsəd: Təlimləri uğurla başa vuran namizədlər arasından mütəxəssislərin seçilməsi;
Proqramı bitirdikdən sonra görə biləcəyin işlər:
- Mərkəzi Bankın qayda və təlimatlarını bilmək və onlara əməl etmək;
- Kredit sifarişlərinin təhlilini aparmaq, biznes sahələrinə baxış keçirmək və məlumat toplamaq;
- Kredit ödənişlərinə nəzarət etmək, müştərilərlə danışıqlar aparmaq;
- Kredit portfelinə nəzarət və müvafiq hesabatların hazırlanması;
Namizəddən gözləntilər:
- Yaş: 22-26;
- Hərbi xidmətdə olmuş (kişilər üçün);
- Ali təhsil: iqtisad, maliyyə və riyaziyyat ixtisasları üzrə mütləqdir;
- Dil bacarıqları: Azərbaycan dili yüksək səviyyədə, rus və ya ingilis dili bilikləri mütləqdir;
- MS Office və data base bilikləri arzuolunandır;
- Analitik düşüncə və qərarvermə bacarığı;
Təcrübə sənə nə qazandıracaq?
- Real iş mühitində praktiki biliklər;
- Rəsmi qeydiyyatlı və ödənişli təcrübə;
- Karyera inkişafı və sabit iş imkanı;
- Peşəkar komanda ilə çalışma şansı.
Əgər sən də gələcəyin uğurlu mütəxəssisi olmaq istəyirsənsə mövzu yerində KOB qeyd edərək – müraciət et!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.