İş Haqqında Məlumat:
- Şirkətin strategiyasını və hədəflərini əsas tutaraq iş prosesini qurub həyata keçirmək;
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Alternativ çeşid təminatı üçün araşdırmaların aparılmasını təmin etmək;
- Qiymət siyasətini müəyyən edib tətbiq etmək;
- Marketinq işinin təşkili, inkişafı:
- Satış planlaması işini nəzarətdə saxlamaq, operativliliyi təmin etmək;
- Analitikanın aparılmasının standartlarını müəyyən edib rəhbərliyə təqdim etmək;
- Proqnozların verilməsi və planın icrasını strategiya əsasında davamlı təşkilinin aparılmasını təmin etmək;
- Marketinq və satışa dəstək olmaq məqsədilə istehsalat, logistika və anbar ilə əlaqəli işlərin qurulması;
- İxrac işlərinin təşkili, yazışmalar, xarici müştərilər ilə əlaqələrin yüksək səviyyədə saxlanılması:
- Mağaza və anbarlarda stokun idarə edilməsini təmin etmək;
- Stokların planlanmasına nazarət etmək;
- Məhsullarla bağlı təqdimat və təlimlərin keçirilməsini nəzarətdə saxlamaq və planlamanın tərtib edilməsini təmin etmək;
- Komandaya rəhbərlik edib iş fəaliyyətlərinə nəzarət etmək;
- Satış komandasını hədəflərə doğru yönəltmək, komandanın motivasiyasını yüksək saxlamaq;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür)
- Satış, marketinq sahələrində iş təcrübəsi
- Satış və marketinq sahəsində azı 6 il, azı 2 il rəhbər vəzifəsində iş təcrübəsi.
- Yüksək səviyyədə MS Office proqram biliyi
- Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Peşakar idarəetmə bacarığı;
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
- Mükəmməl Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi arzu olunandır.
İş şərtləri:
- İş yeri: Bakı şəhəri
- 5 günlük iş qrafiki, iş saatları 09:00–18:00
- Əmək haqqı razılaşma əsasında
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına, başlıq hissəsində `Kommersiya şöbəsinin müdiri` yazaraq göndərə bilərlər.