C Company
  • 1.2K

Company

Other

Kommersiya və Marketinq Sahəsi üzrə Rəhbər İşçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kommersiya və Marketinq Sahəsi üzrə Rəhbər İşçi

  • Истекает 17 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin kommersiya və marketinq strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək
  • Satış həcmlərinin və gəlirliliyin artırılmasına yönəlmiş effektiv kommersiya və marketinq planlarını hazırlamaq və tətbiq etmək
  • Bazarın təhlili, yeni imkanların müəyyən edilməsi və müştəri portfelinin genişləndirilməsi proseslərinə nəzarət etmək
  • Yeni məhsul və xidmətlərin bazara çıxarılması strategiyalarının hazırlanmasını və icrasını təmin etmək
  • Şirkətin brend strategiyasının formalaşdırılması və mövqeyinin gücləndirilməsinə rəhbərlik etmək
  • Marketinq kommunikasiyaları (reklam, PR, rəqəmsal marketinq və sosial media) üzrə kampaniyaları planlaşdırmaq və effektivliyini təmin etmək
  • Əməkdaşlıq etdiyi tərəfdaşlarla (müştərilər, təchizatçılar və distribyutorlar) etibarlı və uzunmüddətli əlaqələrin qurulmasını təmin etmək
  • Strateji layihələrin və kommersiya təşəbbüslərinin idarə edilməsinə rəhbərlik etmək
  • İdarə Heyəti və Ümumi Rəhbərliklə sıx əməkdaşlıq edərək satış və kommersiya qərarlarının qəbuluna töhfə vermək
  • Kommersiya departamentinin fəaliyyətinə rəhbərlik etmək

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil
  • Kommersiya və marketinq sahəsində minimum 5 illik peşəkar təcrübə (rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür)
  • Marketinq strategiyası, bazar analizi və müştəri münasibətlərinin idarə olunması sahəsində dərin biliklər
  • Güclü analitik və strateji düşüncə qabiliyyəti, nəticəyönümlü yanaşma
  • Beynəlxalq satış və marketinq sertifikatlarına sahib olmaq üstünlükdür 
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları (digər dillər üstünlük sayılır)

Əmək şəraiti:

  • Əmək haqqı: 4000 - 5000 AZN (gross);
  • İş rejimi: 5 günlük (09:00-18:00); 
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Təminatlar:

  • Ümumi xidməti nəqliyyat;
  • Naharla təmin etmə;
  • Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
  • Hava limanı ərazisində avtomobil parklama imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 Maddi-Texniki Təminat Şöbəsinin Rəisi və Baş Direktorun Köməkçisi - Mustafa Hacıyev +994 50 266 77 66

  • Daily0
  • Weekly107
  • Monthly1124